BAKI, 26 iyun — Sputnik. "S-500" hava hücumundan müdafiə sistemləri yaxın illərdə Rusiya silahlı qüvvələrinə veriləcək.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Rusiya baş nazirinin müavini Yuriy Borisov deyib.
Onun sözlərinə görə, uğurlu ilkin sınaqlar qoşunların bu zenit-raket sistemi ilə təchizini tezləşdirməyə imkan verib: "Nəticədə "S-500" komplekslərinin raket alaylarına çatdırılması artıq yaxın illərdə başlayacaq".
Borisov deyib ki, hazırda "S-500" sisteminin müxtəlif elementlərinin mərhələli sınaqları keçirilir və sınaqlarda dünyada analoqu olmayan raketlərdən istifadə olunur.