SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə səfiri Əkrəm İmamoğlunun seçkidəki qələbəsinə münasibət bildirdi

© REUTERS / Murad SezerЭкрем Имамоглу, фото из архива
Экрем Имамоглу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu qalib gəlib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 iyun - Sputnik. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən gün İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilərin nəticələrinə münasibət bildirib.

Президент Турции Реджеп Тайип Эрдоган уходит после того, как выступит с заявлением по итогам местных выборов в Стамбуле - Sputnik Azərbaycan
"İstanbulda qalib kimdirsə, Türkiyədə də qalib odur" – Ərdoğan üçün ciddi sınaq ayı

Sputnik Azərbaycan-ın məlumatına görə, səfir vurğulayıb ki, ötən gün İstanbulda yenidən keçirilən seçkilər xalqın böyük diqqətinə səbəb olub.

"Bu seçkilərdə seçici fəallığı çox yüksək olub. 84% faiz seçici fəallığı qeydə alınıb. İstanbulun yeni bələdiyyə sədri seçildi. Xeyirli və uğurlu olsun", - səfir vurğulayıb.

Xatırladaq ki, İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu qalib gəlib. Ə.İmamoğlu 54,20faizdən artıq səs toplayıb. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan namizəd Binəli Yıldırım isə seçkilərdə 44,98 faiz seçicinin səsini toplaya bilib.

Xəbər lenti
0