SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var

© AFP 2024 / Vano ShlamovABŞ ordusunun əsgərləri
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Atlantika Alyansı Baltikyanı ölkələrdə ABŞ hərbçilərinin sayını artırmaq istəyir

BAKI, 22 iyun — Sputnik. Rusiya və Şimali Atlantika Alyansı arasında hərbi münaqişə olduqca azdır, lakin belə bir variant mümkündür. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə NATO-nun müdafiə kollecinin "Baltikyanı ölkələr niyə önəmlidir. NATO-nun şimal-şərq sərhədlərinin qorunması" adlı hesabatında bildirilir.

S-400, arxiv şəkli - Sputnik Azərbaycan
NATO "S-400"dən qorxmalıdır – səbəbi...

Hesabatda qeyd olunur ki, Baltikyanı ölkələrə daha çox ABŞ hərbçiləri göndərilməlidir.

Hesabatın müəllifinin sözlərinə görə, Baltikyanı respublikalar Moskva üçün "Avropanın təhlükəsizlik arxitekturasını dağıtmaq vasitəsi" ola bilər: "Son 10 ildə Rusiya Federasiyası Avropanın təhlükəsizlik arxitekturasını pozmaq niyyətini nümayiş etdirib. NATO və Rusiya arasında hərbi münaqişə riski aşağıdır, lakin bunu ehtimal kimi nəzərdən keçirməmək mümkün deyil. Riskləri azaltmaq, Baltikyanı respublikalarda alyansın potensialını artırmaq üçün bu ərazilərə ABŞ hərbçilərini göndərmək lazımdır".

Xəbər lenti
0