Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan rusiyalı turistlər üçün alternativ istiqamət olacaq - agentlik

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanla Rusiya arasında aviareyslərin ləğvi turist axınına ciddi təsir göstərəcək

BAKI, 22 iyun — Sputnik. Rusyadan Gürcüstana turist axını qonşu ölkədəki son hadisələrin fonunda 60-70% azalacaq.

İndoneziyada təyyarə qəzası - Sputnik Azərbaycan
Turizm cənnətində təyyarə qəzası, ölənlər var

Sputnik-in Teleqram kanalı bildirir ki, bunu Rosturizm (RF İqtisadi İnkişaf Nazirliyi yanında Turizm üzrə Federal Agentliyi) bəyan edib. Qurum hesab edir ki, bu yay istirahət üçün Gürcüstanı seçən rusiyalı turistlər üçün əsas alternativ istiqamətlərdən biri, böyük ehtimalla, Azərbaycan olacaq.

Agentliyin başçısı Zarina Doquzovanın sözlərinə görə, aviasiya vasitəsilə səyahət edən turistlərin payı ümumi axının 70-75%-ni təşkil edirdi. Bu səbəbdən avtobus turlarının satışı da arta bilər, amma bu kəmiyyət cüzi olacaq. 

"Bu yay əsas alternativ istiqamətlər, güman ki, Krasnodar vilayəti və Krım, Qafqazda isə - Azərbaycan və Ermənistan olacaq", - Doquzova əlavə edib.

Hal-hazırda əvvəlcədən bron edilmiş turların başqa istiqamətlərə dəyişdirilməsi halı qeydə alınmayıb. Ləğv edilən turların sayı da həddən artıq azdır.

İnfoqrafika - Azərbaycanda turizm - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda turizm: Faktlar və rəqəmlər

Ölkəni tərk etmək istəyənlər üçün agentlik bu imkanları növbədənkənar yaradacaq. Doquzova qeyd edib ki, müstəqil tusitlər ölkəni tərk etmək və ya qalmaq barədə qərarı özləri verirlər.

Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub. Artıq "Aeroflot" aviaşirkəti Gürcüstanda olan Rusiya vətəndaşlarının ölkədən çıxarılmasına başlayıb.

Gürcüstan aviaşirkətlərinə də göstərilən tarixdən - iyulun 8-dən - etibarən Rusiyaya uçmaq müvəqqəti qadağan edilib. Rusiyanın Nəqliyyat Nazirliyi bəyan edib ki, Gürcüstan aviaşirkətlərinin Rusiya Federasiyasının Hava Məkanında Hərəkətin Təşkili üzrə Dövlət Korporasiyasına xeyli borcu var.

Xəbər lenti
0