Turizm cənnətində təyyarə qəzası, ölənlər var

© AP Photo / Binsar Bakkaraİndoneziyada təyyarə qəzası
İndoneziyada təyyarə qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
"Dillingham Airfield" hava limanının yaxınlığına düşən təyyarədə sağ qalan olmayıb

BAKI, 22 iyun — Sputnik. Havay adalarında ikimotorlu təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan şəxslərin hamısı həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ştatın nəqliyyat departamenti öz "Twitter" səhifəsində məlumat paylaşıb.

​Qəza nəticəsində 9 nəfər həlak olub. İnsident "Dillingham Airfield" hava limanı yaxınlığında baş verib. Təyyarə Oaxu adasının şimal sahilində qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri açıqlanmır.

Xəbər lenti
0