BAKI, 22 iyun - Sputnik. Bu gün ölkəmizin daha bir neçə idmançısı Minskdəki II Avropa Oyunlarında mübarizəyə qoşulacaq. Belə ki, daha 4 boksçumuz rinqə çıxacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, Cavid Çələbiyev (60 kq) Nikola İvkoviçlə (Bosniya və Herseqovina), Lorenso Sotomayor (69 kq) Qurgen Madoyanla (Ermənistan), Kamran Şahsuvarlı (75 kq) Giorgi Harabadze (Gürcüstan), Alfonso Dominges (81 kq) isə ukraynalı Stepan Qrekulla döyüşəcək.
Qeyd edək ki, ilk yarış günündə boksçularımızdan Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilk görüşlərində məğlub olaraq mübarizəni dayandırıb. Tayfur Əliyev (56 kq) isə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.