SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan Parlamentinin sədri istefaya getdi

© Sputnik / Alexander ImedashviliИраклий Кобахидзе беседует с журналистами
Ираклий Кобахидзе беседует с журналистами - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq qərar hakim partiyanın "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının siyasi şurasının iclası zamanı verilib

BAKI, 21 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verdi. Bu barədə Sputnik Gürcüstan "İmedi" telekanalına istinadən xəbər verir.

Müvafiq qərar hakim partiyanın "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının siyasi şurasının iclası zamanı verilib. İclasda Azərbaycana səfərini yarımçıq qoyan Kobaxidzenin özü də də iştirak edib. Bununla bağlı rəsmi xəbər yaxın vaxtlarda yayımlanacaq.

Tbilisidə etiraz aksiyası, 20 iyun 2018 - Sputnik Azərbaycan
Tbilisidə olanlar Bakıdakı beynəlxalq tədbirə də təsir etdi

Bu arada Gürcüstanda hakim partiyanın baş katibi Kaxa Kaladze parlamentinin sədrinin istefası barədə xəbəri təsdiqləyib.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

Xəbər lenti
0