CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir qurumun mətbuat katibi işdən çıxıb

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini Murtuzəli Hacıyev icra edir

BAKI, 21 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu R.Vəziroğlu özü bildirib.

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Novruz Məmmədov özünə mətbuat katibi təyin etdi

Rövşən Vəziroğlu şəxsi “facebook” səhifəsində yazıb: “Hörmətli həmkarlar, Mən artıq iyunun 12-dən etibarən Dövlət Fitosanitar Xidmətinin (indiki Aqrar Xidmətlər Agentliyi) mətbuat katibi vəzifəsində çalışmıram. AXA-nın mətbuat katibi vəzifəsini hamımızın yaxşı tanıdığı Murtuzəli Hacıyev icra edir. AXA-nın fəaliyyəti ilə bağlı bütün suallarınızı Murtuzəli müəllimə ünvanlaya bilərsiniz. Sözümün canı odur ki, mən artıq işsizəm. Ya jurnalistika sahəsində (müxbir, admin redaktor, redaktor), ya da ictimaiyyətlə əlaqələr sahəsində (PR menecer, mətbuat katibi və s) hər hansı bir iş olsa, işləməyə və bütün təklifləri qəbul etməyə hazıram. Ümid edirəm ki, mətbuat katibi işlədiyim 3 il yarım (9 oktyabr 2015-ci il - 12 iyun 2019-cu il) müddətində həmkalarımla işimi qura bildim və heç kimin qəlbini qırmadım. Əgər kiməsə qarşı da kobudluq etdimsə, haqqını halal etsin”. 

Məlumata görə, onu Kənd Təsərrüfatı Nazirliyinin keçmiş mətbuat katibi Murtuzəli Hacıyev əvəzləyib.

Qeyd edək ki, Murtuzəli Hacıyev uzun illər Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Müslüm İbrahimov - Sputnik Azərbaycan
Kənd təsərrüfatının prioritet sahəyə çevrilməsi Azərbaycana nə verəcək

Xatırladaq ki, dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, siyahısını Nazirlər Kabinetinin müəyyən etdiyi nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirən, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumdur.

Xəbər lenti
0