BAKI, 17 aprel — Sputnik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb. Bu posta tanınmış jurnalist Ayaz Mirzəyev təyin edilib.
© Facebook / ayaz.mirzayevNazirlər kabinetinin mətbuat katibi Ayaz Mirzəyev
Nazirlər kabinetinin mətbuat katibi Ayaz Mirzəyev
Qeyd edək ki, A.Mirzəyev Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədridir.
Cari ilin mart ayında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli təqaüdə göndərilib.