SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqtondan Tehrana xəbərdarlıq: hücum edirik

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp müharibə mesajını iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatının vurulmasından sonra göndərib

BAKI, 21 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, dünən İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasından sonra Donald Tramp İslam Respublikasına zərbələr endirməyə icazə verib, lakin qəflətən fikrini dəyişərək əməliyyatı dayandırıb.

İndi yayılan xəbərlərə görə isə, Tramp hətta Tehranı bu hücum haqda xəbərdar edib.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Oman vasitəsilə Tehranı əməliyyatın hazırlanması barədə xəbərdar edib və İslam Respublikasına cavab üçün "məhdud vaxt müddəti" verdiyini bildirib.

Global Hawk uçan pilotsuz kəşfiyyat aparatı - Sputnik Azərbaycan
İran ABŞ dronunu vurduğunu iddia edir

Tramp müharibə mesajını iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatının vurulmasından sonra göndərib.

Məlumatlara əsasən, insident İranın cənubunda yerləşən Hörmüzgan vilayətində baş verib. Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfiri Markus Leytner ilə telefon danışığında amerikalıların müdaxiləsi ilə bağlı etirazını bildirib. İranın Fars körfəzində müharibə və münaqişə istəmədiyini vurğulayan Əraqçı amerikalı hərbçiləri regionda düşünülməmiş addımlar atmamağa çağırıb.

MQ-9 qırıcısı. Arxiv şəkli - Sputnik Azərbaycan
İran Oman körfəzi insidentindən əvvəl ABŞ dronunu vurmağa çalışıb

Bir qədər əvvəl "New York Times" ABŞ prezidentinin administrasiyasında olan mənbələrə istinadən xəbər verirdi ki, İranın Amerikaya məxsus dronu vurmasından sonra Donald Tramp İslam Respublikasına zərbələr endirməyə icazə verib, lakin sonradan əməliyyatı ləğv edib.

Tehran belə bir hücumun regional və beynəlxalq səviyyədə təsirlərinin olacağına dair xəbərdarlıq edib. İslam Respublikasının Müdafiə Nazirliyi isə dronla bağlı insidenti danışıqlara başlamaq üçün təzyiq cəhdi kimi qiymətləndirib.

Dron insidentindən bir həftə əvvəl Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib.

İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb. İran qəti şəkildə bu ittihamları təkzib edib.

Xəbər lenti
0