İran ABŞ dronunu vurduğunu iddia edir

© AP Photo / Northrop Grumman Corp."Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatı
Global Hawk uçan pilotsuz kəşfiyyat aparatı - Sputnik Azərbaycan
Abunə olmaq
Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub

BAKI, 20 iyun — Sputnik. İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub. Bu barədə Sputnik Azərbaycan İranın "Press TV" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.

Öz növbəsində Birləşmiş Ştatların Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi bəyan edib ki, həmin gün İranın hava məkanında ABŞ-a məxsus pilotsuz təyyarə olmayıb.

Xəbər lenti
0