BAKI, 21 iyun - Sputnik. Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının açılış mərasimi başlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, təntənəli tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər də yer alıb.
Dörd il əvvəl Birinci Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan Belarus paytaxtında 11 növ üzrə 82 idmançı ilə təmsil olunacaq.