SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənov: "Düşmənə artıqlaması ilə cavab verilib, etiraf edəcəklər"

© Sputnik / Rashad KeremogluMüdafiə naziri Zakir Həsənovun bu gün keçiilən mətbuat konfransından
Müdafiə naziri Zakir Həsənovun bu gün keçiilən mətbuat konfransından  - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir qismi ilə düşmən 3-4 gün ərzində darmadağın edildi

BAKI, 18 iyun — Sputnik. “Azərbaycan ordusunda həyata keçirilən islahatlar uğurla davam edir”.

Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan ordusunun inkişafı göz qabağındadır: "İslahatların əsas məqsədi ordunun infrastrukturunu yeniləmək və müasir silahların alınmasıdır. Alınan yeni silahlarla bağlı daim ictimaiyyətə məlumat verilib. Paradda nümayiş etdirilən silah və texnikanın 90 faizi yeni idi. Bütün silahlar orada nümayiş etdirilmədi. Məxfilik baxımından. Məlumdur ki, biz müharibə şəraitində yaşayırıq".

Nazir eyni zamanda vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir qismi ilə düşmən 3-4 gün ərzində darmadağın edildi.

Zakir Həsənovun sözlərinə görə, 2019-cu ildə əsas istiqamətlərdən biri Ordunun idarə edilməsini təkmilləşdirməkdir. O, vurğulayıb ki, ötən il 5 yeni hərbi şəhərcik açılıb və bu il 9 yeni hərbi şəhərcik istifadəyə veriləcək.

Nazir xatırladıb ki, 2013-cü ildən başlayaraq Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər keçirilir: "Ordunun döyüş qabiliyyətinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür. Biz onların təcrübəsindən bəhrələnirik. 2019-cu ildə keçiriləcək birgə təlimlərin sayı 13-ə çatdırılıb".

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov eyni zamanda onun ermənilərin hədəf dairəsinə düşməsi barədə məlumatlara münasibət bildirib: "Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də ki, bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı – onlardan az yazmaq lazımdır".

Ermənistanın müdafiə naziri David Tonoyanın azərbaycanlı əsgərin öldürülməsi əmrini verməsinə münasibət bildirərək qeyd edib ki, düşmənə artıqlaması ilə cavab verilib: "Tonoyanın bəyanatı ucuz siyasi xal toplamaq üçündür. Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. 

Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении - Sputnik Azərbaycan
QARABAĞ
Aİ Qarabağ münaqişəsi ilə bağlı bəyanat verdi
Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir. Onlar cavablarını bir neçə qat artıq aldılar. Üstündən bir neçə gün keçəndən sonra etiraf edəcəklər".

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır: "Ancaq bu olmasa, biz digər yola əl atacağıq".

O, eyni zamanda vətən, millət və dövlətçilik məsələsində cılız mövqeləri kənara qoymaq lazım olduğunu da bəyan edib: "Bizim torpaqlarımız işğal olunub".

Nazir bildirib ki, sosial şəbəkələrdən istifadə edənlərin əksəriyyəti gənclərdir və diqqətli olmalıdırlar: "Ordumuz haqqında mənfi fikir yazanlar arasında ermənilər də var. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır".

Xəbər lenti
0