QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aİ Qarabağ münaqişəsi ilə bağlı bəyanat verdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidАзербайджанский город Ханкенди, находящийся под оккупацией Армении
Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Aİ-Ermənistan Əməkdaşlıq Şurasının yekunları ilə bağlı bəyanat verilib

BAKI, 13 iyun — Sputnik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun səylərinə dəstəyini təsdiqləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının bəyanatında deyilir.             

“Şura regional və beynəlxalq məsələləri müzakirə edib. Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupu həmsədrlərinin səylərinə öz dəstəyini təsdiqləyib. Aİ münaqişənin həlli və xalqların sülhə hazırlanması istiqamətində təşəbbüsləri dəstəkləməyə hazırdır”, - bəyanatda deyilir.

Xəbər lenti
0