BAKI, 18 iyun — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 16:30-da baş tutub. Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ"ın da rəqibi bilinib.
Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq. Belə ki, birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibi Albaniyanın "Partizani" klubu olacaq. Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.