BAKI, 17 iyun — Sputnik. Çempionlar Liqasında 2019/20 mövsümünün I təsnifat mərhələsinin sabah keçiriləcəyi püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 32 iştirakçı 3 qrupa bölünüb. Bununla da hər bir klubun mümkün rəqiblərinin sayı azalıb.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu “Qarabağ” ikinci qrupda yer alıb. Səpəıənmişlərdən olan təmsilçimiz üçün 5 mümkün rəqib qalıb.