CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UEFA prezidenti ingilisləri sərt tənqid etdi

© AFP 2023 / FRANCK FIFEПрезидент УЕФА Александр Цеферин
Президент УЕФА Александр Цеферин - Sputnik Azərbaycan
Abunə olmaq
Çeferin: “Biz futbolu təkcə İngiltərə və Almaniyada yox, hər yerdə  inkişaf etdirməliyik”

Kamal Almuradlı,  Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. UEFA prezidenti Aleksandr Çeferin Azərbaycanda keçirilmiş Avroliqa finalına etiraz edən ingilisləri tənqid edib. Sputnik Azərbaycanın Dailymail-ə istinadən bildirir ki, etiraza səbəb isə ingilis klubarının bilet və səfərlə bağlı yaranmış problemlə əlaqədar cəmi 6000 bilet satması olub. UEFA rəhbəri  Oksiford universitetində çıxış edərkən bildirib ki: Federasiyaya seçkilər zamanı 76 faiz leyhimə səs topladım. İngilislər isə məni yox digər namizədi dəstəklədi.

Hər dəfə ingilis klubları ilə bağlı şikayət olduqda onlar çox əsəbləşir. Bu cür davranışla siz Avropa futbolunda populyarlıq qazana bilməzsiniz. “Nəyə görə finalı Bakıda keçirdik?” sualınıza  cavabım isə budur: Orada da insanlar yaşayır. Özü də ağıllı insanlar. Onlar futbola saat 11də baxmalı idilər. Amma bununla bağlı heç bir şikayət olmadı. Əgər İngiltərədə iki Azərbaycan klubu qarşılaşsa idi yenə də şikayət olmazdı. Onlar problemsiz gəlib oynayardılar.Finalın  Bakıda keçirilməsi qərarı isə il yarım öncə verilib. Orada 70000 azarkeş tutumu olan stadion var. Bildiyim qədəri ilə İngiltərədə bu saydan artıq cəmi bir stadion var.

Sonda Çeferin “Biz futbolu təkcə İngiltərə və Almaniyada yox, hər yerdə  inkişaf etdirməliyik”, – deyə bildirib.

Xəbər lenti
0