SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanda müəmmalı görüş: səfir açıqlama verməli oldu

© Sputnik / Asatur Esayants / Mediabanka keçidВторой президент Армении Роберт Кочарян
Второй президент Армении Роберт Кочарян - Sputnik Azərbaycan
Abunə olmaq
Səfirlik məsələni şərh etdi

BAKI, 14 iyun — Sputnik. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi məsələni şərh etməli olub.

Второй президент Армении Роберт Кочарян - Sputnik Azərbaycan
SİYASƏT
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi

Belə ki, səfirlik məlumat yayıb ki, Rusiya səfiri Sergey Kopırkinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşü onun Ermənistanın siyasi xadimləri ilə müntəzəm görüşləri çərçivəsində baş tutub.

"Səfir müntəzəm olaraq Ermənistanın ictimai-siyasi və biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirir. Belə görüşlərdən biri də Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryanla olub", - deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. 

Ermənistanın ikinci prezidenti Robert Koçaryan - Sputnik Azərbaycan
Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub. Bu ilin mayın 18-i Koçaryan azadlığa buraxılsa da, ona qarşı məhkəmə işi davam edir.

Xəbər lenti
0