Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”

© Sputnik / Asatur Esayants / Mediabanka keçidErmənistanın ikinci prezidenti Robert Koçaryan
Ermənistanın ikinci prezidenti Robert Koçaryan - Sputnik Azərbaycan
Abunə olmaq
Yalan, nifrət və avamlıq üzərində qurulan heç bir hakimiyyət uzun tarixə malik olmayıb.

BAKI, 25 yanvar — Sputnik. Həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz tərəfdaşlarına müraciət edib. Sputnik Ermənistan xəbər verir ki, Koçaryanın müraciətinin mətnini "Orer.am" nəşri yayıb.

Второй президент Республики Армения Роберт Кочарян - Sputnik Azərbaycan
SİYASƏT
Koçaryan Azərbaycanda həbs edilməli idi – YAP funksioneri

Koçaryanın müraciətində qeyd olunur: "Əziz həmkarlar, iki aya yaxındır qanunsuz olaraq azadlıqdan məhrum edilməyimə baxmayaraq Ermənistan, Qarabağ və regionda olan vəziyyətin inkişafını diqqətlə izləyirəm. Aydındır ki, başda baş nazir Paşinyan olmaqla hazırkı hökumət çox təəssüflər olsun ki, siyasətdə və dövlət idarəçiliyində tamamilə acizliyini göstərir".

Bəyanatda vurğulanır ki, parlament çoxluğunun keyfiyyət göstəricisi yeni komandanın ölkənin effektiv idarə etməyə imkan vermir. Koçaryan hesab edir ki, yaxın gələcəkdə çoxsaylı həyata keçirilməz və populist vədlərin əvvəlcədən proqnozlaşdırılan məyusluq dalğasının şahidi olacaqlar.

“İqtisadiyyat, daxili və xarici siyasətdə kobud səhvlərin qiyməti çox yüksək olacaq. Əfsus, amma bu qiyməti hər birimiz ödəməli olacağıq. Qarabağ münaqişəsinin nizamlanmasında istənilən səhv (səhvlər isə artıq var) tale əhəmiyyətli və geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər” – deyə Koçaryan əlavə edib.

O, həmçinin özünə qarşı açılan cinayət işindən də danışıb: "Bu işin hər bir epizodu, onun bütün müəlliflərinin və icraçılarının qanun tərəfindən cəzalanıdırılmasına baxmayaraq bizim tariximizdə utanc səhifəsi kimi qalacaq. Şübhəniz olmasın: Həbs məni sındırmayacaq, mənim siyasi fəaliyyətdən uzaq olmağa məcbur edə bilməyəcək".

Müraciətinin sonunda qeyd edib ki, yalan, nifrət və avamlıq üzərində qurulan heç bir hakimiyyət uzun tarixə malik olmayıb.

Xəbər lenti
0