CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara yeni hüquq verən layihə müzakirəyə çıxarılıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb

BAKI, 14 iyun - Sputnik. Milli Məclisin iclasında "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qanun Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur.

Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazir vəkilin bölmədə döyülməsinə görə iki polisi işdən çıxardı

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində  aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi; əmək haqqının məbləği və onun ödənilməsi qaydası; cinayət və ya inzibati xətalar; ailə münasibətləri; ərazi quruluşu və inzibati ərazi bölgüsü; dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi.

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.

Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan azı 300 nəfər Azərbaycan vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır.

Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan
Millət vəkili icbari tibbi sığorta haqqında: çətinliyə hazır olmalıyıq

Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorlar seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi barədə iclas protokolu iclasın sədri və katibi tərəfindən imlazanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Təşəbbüs qrupunun iclasında iştirak edən vərəndaşların siyahısında onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixiqeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

Təşəbbüs qrupunu onun sədri təmsil edir. Sədr müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərdən biri icra edir.

Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Təşəbbüs qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir.

Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzalarını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Millət vəkili 65 yaşında vəfat etdi

Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir.

Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını, adını yazır və imzalama tarixini qeyd edir.

Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər.

Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır.

İmza toplanlanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir.

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanması nəticələri haqqında protokol tərtib edilir və təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır. Bu protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunur.

Bu qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Xəbər lenti
0