CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir vəkilin bölmədə döyülməsinə görə iki polisi işdən çıxardı

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку
Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
General-polkovnik Ramil Usubov Binəqədi polisi ilə bağlıı əmr imzaladı

BAKI, 8 iyun — Sputnik. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlinin döyülməsinə görə iki polis əməkdaşı işdən çıxarılıb. 

Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazir polis rəisini işdən azad etdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu vəkil Anar Qasımlı "Facebook"dakı səhifəsində yazıb.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlb etmə tətbiq olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

Xəbər lenti
0