"İranın ABŞ-a ehtiyacı yoxdur" – Tehran Vaşinqtonun danışıqlar təklifini rədd etdi

© AP Photo / HASAN SARBAKHSHIANРакета, перед плакатом верховного лидера Ирана аятоллы Али Хаменеи, во время военной выставки
Ракета, перед плакатом верховного лидера Ирана аятоллы Али Хаменеи, во время военной выставки - Sputnik Azərbaycan
Abunə olmaq
“İran heç bir müharibəni başlamayıb və bunu etməyəcək də. Lakin bizimlə müharibəni başlayan, onu qurtaran tərəf olmayacaq”

BAKI, 10 iyun — Sputnik. İran İslam Respublikasının Birləşmiş Ştatlara ehtiyacı yoxdur və bu ölkə ilə münasibətləri inkişaf etdirmək niyyətində deyil. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzləri ilə görüşü zamanı bildirib.

Глава внешнеполитического ведомства Ирана Джавад Зариф - Sputnik Azərbaycan
SİYASƏT
Zərif Azərbaycana gələcək

Birləşmiş Ştatların Prezidenti Donald Trampın İranla bağlı sanksiyalarının "iqtisadi terror" olduğunu vurğulayan Zərif Vaşinqton rəhbərliyinin buna son verməsinə ehtiyacın olduğunu dilə gətirib.

Birləşmiş Ştatların maksimum təzyiq siyasəti yürütdüyünü və müzakirə hazır olmasına dair açıqlamalarında cəmiyyət üzərində təzyiqi artırmaq məqsədi daşdığını qeyd edən Zərif vurğulayıb: "İranın ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə münasibətləri inkişaf etdirmək niyyətində deyil. Amerikalılar İranın başqa ölkələrlə olan münasibətlərində problem yaratmasınlar yetər".

Zərif eyni zamanda qeyd edib ki, İran xarici siyasətdə qonşu ölkələrlə münasibətləri genişləndirməyə diqqət edir və Prezident Həsən Ruhani bununla bağlı bölgə ölkələrini də ziyarət edəcək.

İran Xarici İşlər naziri eyni zamanda axşam saatlarında Tehrana gələn Almaniya Xarici İşlər naziri Hayko Massın İran üçün özəl bir mesaj gətirmədiyini qeyd edərək bildirib ki, rəsmi Berlin nüvə razılaşmasının davam etməsinin tərəfdarıdır.

Cavad Zərif ABŞ-la münasibətlərdə pisləşən vəziyyətin fonunda deyib ki, Tehran heç kəslə müharibəni birinci başlamaq niyyətində deyil.

“İran heç bir müharibəni başlamayıb və bunu etməyəcək də. Lakin bizimlə müharibəni başlayan, onu qurtaran tərəf olmayacaq” - deyə Zərif Hayko Maasla keçirdiyi danışıqlardan sonra baş tutmuş mətbuat konfransında bildirib.

Qeyd edək ki, ötən ilin mayında Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0