Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya iqtisadiyyatı təhlükədədir – Dünya Bankı 5 faktordan danışdı

© AFP 2024 / TIM SLOANЗдание Всемирного банка в Вашингтоне
Здание Всемирного банка в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəli amillər sırasında sanksiyaların genişlənməsi riski və neft qiymətlərinin düşməsi var

BAKI, 10 iyun — Sputnik. Rusiya üzrə Dünya Bankının hesabatına əsasən, ölkə iqtisadiyyatının ortamüddətli artımına beş amil təhlükə yaradır.

Посетитель на выставке, приуроченной к 25-летию установления дипсвязей России и Азербайджана в Москве - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan – Rusiya iqtisadi əlaqələri: Son söz biznesindir

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sözügedən amillər aşağıdakılardır:

- Sanksiyaların genişlənməsi riski

- İnkişaf edən ölkələrdə yeni maliyyə böhranları və dünya ticarətində vəziyyətin pisləşməsi

- Neft qiymətlərinin kəskin şəkildə düşməsi

- Rublla pərakəndə kreditləşmədə əhəmiyyətli artım

- İnfrastruktur layihələrin kifayət qədər effektiv şəkildə reallaşmaması

Hesabatda o da bildirilir ki, qeyri-rəsmi məşğulluq sektoru Rusiya büdcəsinin itkilərlə üzləşməsinə səbəb olub.

"Rusiyada geniş yayılmış hal olan qeyri-rəsmi məşğulluğun payı 15,1% - 21,2% arasında dəyişir. Rəsmi sektorda çalışmayan işçilər tərəfindən ödənişlərin edilməməsi səbəbindən büdcənin itkiləri ÜDM-in 1% -dən 2.3%-dək səviyyəsində durur" - deyə Dünya Bankı bildirib.

ВКС России провели испытания новой ракеты системы ПРО - Sputnik Azərbaycan
Rusiya dünyaya yeni müdafiə sistemini göstərdi

Dünya Bankı onu da deyib ki, məsələnin həlli üçün Rusiya Əmək Məcəlləsinə və qanunlarına əmək müqavilələri, əmək haqqının minimal həcmi və ştatın ixtisarına dair müddəalara düzəlişlərin edilməsi vacibdir.

"Yoxlamalar da qeyri-rəsmi məşğulluğun qarşısını alınmasında vacib alətlərdən biridir", - deyə Dünya Bankı bildirib.

Ekspertlər, həmçinin, Rusiya iqtisadiyyatına müsbət təsir edəcək amilləri də qeyd edib. Bu amillərə əmək məhsuldarlığının artması və insan kapitalının inkişafına yönəlmiş milli layihələrin həyata keçirilməsi aiddir.

Keçən həftə Dünya Bankı neft hasilatının azalması səbəbindən Rusiya iqtisadiyyatının 2019-cu ildə artım proqnozunu 1,4%-dən 1,2%-ə azaldıb.

Xəbər lenti
0