Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Ege hospital”-da ölüm - Rusiya vətəndaşı dünyasını dəyişdi

CC0 / Parentingupstream / DoctorXəstəxana palatasında yatan qadın, arxiv şəkli
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanadan bildirilib ki, Yadrişnikova Lyudmila Timofeyevna ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb

BAKI, 10 iyun — Sputnik. Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege hospital”da qeydə alınıb.

Pərviz Abubəkirov - Sputnik Azərbaycan
Pərviz Abubəkirov: “Regionlarda təmir olunmayan bir xəstəxana da qalmayacaq”

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı dünyasını dəyişib.

“Ege Hospital” klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb. Hospitaldan daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: “Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb”.

Yadrişnikova Lyudmila Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiyada edilən tibbi müdaxilələr dayandırılıb.

Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0