Son illərdə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Quba Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.
“Dövlətimizin başçısının tapşırığına əsasən, bu ilin sonuna qədər regionlarda əsaslı şəkildə təmir olunmayan və ya yenidən tikilməyən bir xəstəxana da qalmayacaq. İlin sonunadək regionlardakı bütün səhiyyə müəssisələrində Quba Rayon Mərkəzi Xəstəxanasında olduğu kimi yüksək şərait yaradılacaq. Bütün xəstəxanalar ən yüksək, müasir standartlara cavab verəcək” - deyə Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.
Pərviz Abubəkirovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz