Xəstənin bədənindən 20 kiloqramdan çox şiş çıxarıldı

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidƏmıəliyyat otağında həkim, arxiv şəkli
Əmıəliyyat otağında həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat qrupu xəstənin həyatı və sağlamlığı üçün bir neçə saat boyunca mübarizə aparıb

BAKI, 6 iyun — Sputnik. Rusiyanın Çeboksarı şəhərinin Onkoloji Klinik Dispanserinin həkimləri xəstənin bədənindən çəkisi 20 kiloqramdan artıq olan bədxassəli şiş çıxarıblar.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dünyada 20 milyon vərəmli xəstə var

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, xəstə sol çiyninin yuxarı üçdə bir hissəsində kürək sümüyü, körpücük sümüyü və çiyin qurşağı əzələlərinə daxil olan sarkomadan (bədxassəli şiş – red.) əziyyət çəkirmiş.  

Onkoloji Klinik Dispanserin baş həkiminin cərrahi yardım üzrə müavini Vladimir Karov bildirib ki, xəstə şişin ağırlığından müstəqil şəkildə hərəkət edə bilmirmiş.

Qeyd edilir ki, əməliyyat qrupu xəstənin həyatı və sağlamlığı üçün bir neçə saat boyunca mübarizə aparıb.

Əməliyyat zamanı xəstənin sol yuxarı ətrafının çiyin-kürək sümüyü amputasiyası həyata keçirilib. Belə ki, xəstənin sol qolu ilə birlikdə kürək sümüyünün, körpücük sümüyünün və çiyin qurşağı əzələlərinin amputasiya olunduğu bildirilir.     

Məlumata görə, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti
0