Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada 20 milyon vərəmli xəstə var

© Sputnik / Murad OrujovMilli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri bildirib ki, bu istiqamətdə işlər daha da gücləndirilməlidir

BAKI, 14 mart - Sputnik. “Son dövrlərdə vərəmlə mübarizə istiqamətində həm dünyada, həm də Azərbaycanda xeyli işlər görülüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün komitədə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəmlə mübarizə, bu sahədə kadr potensialının yaxşılaşdırılması, ən müasir dərmanlarla təchizat sahəsində xeyli işlər görülüb: “Vərəm qlobal problemdir, bütün dünyada yaşayaş insanları narahat edən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxanda görürsən ki, dünyada 20 milyon vərəmli xəstə var. Təxminən 6,5-7 milyon insan vərəmdən dünyasını dəyişir”.

Komitə sədri bildirib ki, bu istiqamətdə işlər daha da gücləndirilməlidir: “ÜST vərəmlə mübarizəni prioritetlərdən biri kimi qeydə alıb. Ölkəmizdə bu istiqamətdə çox işlər görülür, hər il büdcədən səhiyyəyə ayrılan vəsait artır”.

Xəbər lenti
0