BAKI, 6 iyun — Sputnik. ABŞ Konqresinin spikeri Nensi Pelosi prezident Donald Trampın həbs edilməsini arzu edir.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o bu barədə məhkəmə palatasının sədri Cerri Nadlerlə görüşü zamanı bildirib. Görüş Donald Trapmın impiçment edilməsinin müzakirəsi səbəbilə baş tutub.
Məlumata görə, Nadler başçılıq etdiyi komitənin impiçment prosedurana başlaması üçün Pelosinin icazə verməsini israr edib. Ancaq Konqresin spikeri bundan imtina edib.
“Mən istəmirəm ki, o impiçment edilsin, mən onu həbsxanada görmək istəyirəm” – deyə Pelosi bildirib.