CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ və Britaniya arasında "Huawei" çəkişməsi

© REUTERS / JASON LEEÇətirlərin üzərində Huawei şirkətinə məxsus loqo
Çətirlərin üzərində Huawei şirkətinə məxsus loqo - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya XİN başçısı: "Biz hələlik öz yekun qərarımızı verməmişik"

BAKI, 4 iyun — Sputnik. "Böyük Britaniya Birləşmiş Ştatların "Huawei"-in 5G şəbəkələrinin istifadəsi ilə bağlı risklərini diqqətdə saxlayır və bu növ texnologiyada üçüncü ölkədən həddən artıq asılı olmaq istəmir". Sputnik Azərbaycan "Retuers"-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant (Jeremy Hunt) bildirib.

Госсекретарь США Майк Помпео выступает на пресс-конференции - Sputnik Azərbaycan
Vaşinqtondan dünyaya sərt Huawei xəbərdarlığı

"Biz bu məsələlərdə Birləşmiş Ştatların dediyi hər şeyə diqqətlə yanaşarıq. Təbii ki, biz onların dediklərini diqqətlə dinləyəcəyik", - deyə Hant qeyd edib.

"Huawei"-yə qarşı sanksiya tətbiq edən və bu şirkətin məhsullarının satışını qadağa etməyə çalışan Tramp administrasiyası Çinin gizli məlumatları və mesajları ələ keçirə biləcəyini əsas gətirərək öz müttəfiqlərini 5G texnologiyası və avadanlıqlarından istifadə etməməyə çağırıb.

"Biz hələlik öz yekun qərarımızı verməmişik, lakin biz hər iki texniki problemi – üçüncü ölkənin 5G şəbəkəsi vasitəsilə bizi izləməsi imkanın olmaması və həyatı əhəmiyyətə malik texnologiyalar məsələsində üçüncü ölkədən həddən artıq asılı olmaq məsələlərini də nəzərdən açıq şəkildə bəyan etmişik" – deyə XİN başçısı əlavə edib.

Qeyd edək ki, ötən həftə Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu fikirləri almaniyalı həmkarı Heiko Massla görüşdən sonra yeni nəsil şəbəkə sistemləri ilə bağlı Qərbdən olan müttəfiqlərinə sərt xəbərdarlıq etmişdi.

“Bizim öz fəaliyyət istiqamətimizi dəyişmək riski var. Biz təhlükəsiz hesab etmədiyimiz şəbəkələr vasitəsilə fərdi şəxslər haqqında və ya milli təhlükəsizlik haqqında məlumatların göndərilməsinə icazə verə bilmərik" - deyə Pompeo qeyd vurğulamışdı.

Xəbər lenti
0