CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər ailə bayram axşamı nə qədər fitrə çıxarmalıdır

Abunə olmaq
Bu gün bütün dünya müsəlmanları müqəddəs Ramazan bayramını qeyd edir, bir-birlərini təbrik edir, qonaq gedirlər. Teoloq Hacı Adil Hüseynoğlu bu bayramın cəmiyyətimiz üçün vacibliyi haqqında danışıb.

Bir ay müddətində bütün dünya Müsəlmanları Allahın onlara halal buyurduğu nemətlərdən vaz keçib, dua edib və Allahın buyurduğu kimi oruc tutub. Bu gün isə yeni ayın görülməsilə hər kəs müqəddəs Ramazan ayının bitməsini bayramla qarşılayır. Birgə dualar oxunur, namaz qılınır.

“Qız Qalasından Kız Kulesinədək” – Bakılılar orucunu birgə açdılar  - Sputnik Azərbaycan
VİDEO
“Qız Qalasından Kız Kulesinədək” – Bakılılar orucu birgə açdılar

Teoloq Hacı Adil Hüseynoğlu Ramazan bayramının dəqiq tarixinin müəyyən edilməsinə şərh verib. Bundan başqa, o Ramazan axşamında hər ailənin nə qədər fitrə verməli olduğu haqqında da danışıb.

“Adətən, fitrənin məbləği ən azı üç kiloqram buğdanın qiymətinə bərabər olmalıdır. İndiki qiymətlərlə bu, 1.50 manata bərabərdir. Amma hər kəs maliyyə imkanı və istəyindən asılı olaraq daha da çox fitrə çıxara bilər”.

Hacı Adil Hüseynoğlunun sözlərinə görə Ramazan bayramının ən gözəl tərəflərindən biri də bütün ailənin bir yerə yığılması və küsülülərin barışmasıdır.

Xəbər lenti
0