CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qız Qalasından Kız Kulesinədək” – Bakılılar orucu birgə açdılar

Abunə olmaq
Paytaxt sakinləri müqəddəs Ramazan bayramı ərəfəsində oruclarını birgə açaraq iftar süfrəsini paylaşıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Nargis” fondunun Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə keçirdiyi “Qız Qalasından Kız Kulesinədək” xeyriyyə layihəsi Fəvvarələr meydanında keçirilib. Layihə çərçivəsində 300 Bakı sakini müqəddəs Ramazan ayında tutduqları orucu birgə açmaq imkanı əldə ediblər. İftar süfrəsi, tamamilə ödənişsiz olub.

Qeyd edək ki, layihə, həmçinin “Türk Hava Yolları”, “MUSİAD”, “Ziraat” bank və “145 Group”un dəstəyi ilə keçirilib.

Allah hər kəsin orucunu qəbul etsin!

Xəbər lenti
0