CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaşinqtondan dünyaya sərt Huawei xəbərdarlığı

© REUTERS / POOL NewГоссекретарь США Майк Помпео выступает на пресс-конференции
Госсекретарь США Майк Помпео выступает на пресс-конференции - Sputnik Azərbaycan
Abunə olmaq
Bizim öz fəaliyyət istiqamətimizi dəyişmək riski var.

BAKI, 31 may — Sputnik. Birləşmiş Ştatlar yeni nəsil şəbəkə sistemləri ilə bağlı Qərbdən olan müttəfiqlərinə sərt xəbərdarlıq edib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Rəsmi Vaşinqton Çinin "Huawei" şirkətinə öz telekommunikasiya sistemlərini qurmağa imkan verən ölkələri təhlükəsizliklə bağlı önəmli kəşfiyyat məlumatlarından məhrum oluna bilər.

Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu fikirləri almaniyalı həmkarı Heiko Massla görüşdən sonra səsləndirib.

Логотип Huawei - Sputnik Azərbaycan
"Huawei"lə bağlı yeni xəbər on minlərlə azərbaycanlını sevindirəcək - SİYAHI

"Bizim öz fəaliyyət istiqamətimizi dəyişmək riski var. Biz təhlükəsiz hesab etmədiyimiz şəbəkələr vasitəsilə fərdi şəxslər haqqında və ya milli təhlükəslzik haqqında məlumatların göndərilməsinə icazə verə bilmərik", - deyə Pompeo qeyd edib.

Pompeonun bu məsələni Angela Merkellə görüşü zamanı da müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri beş günlük Avropa turniri çərçivəsində Almaniyadan sonra, İsveçrə, Niderland və Böyük Britaniyaya da sıfər edəcək.

Xəbər lenti
0