CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaqarin" körpüsü söküləcək – Yerində nə olacağı bilinmir

Abunə olmaq
Körpü köhnəlib, onun yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır

BAKI, 4 iyun — Sputnik. Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsü söküləcək və onun yerində yol tikiləcək. Sputnik Azərbaycan "1news.az"a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib.

Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır.

Moskvada salınacaq şüşəli körpünün 3D maketi - Sputnik Azərbaycan
Rusiyada qeyri-adi körpü tikiləcək

"1962-ci ildə “Qaqarin” körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi – Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib", – deyə ekspert bildirib.

Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.

Ekspert əlavə edib ki, ikinci həll yolu körpünü söküb onun yerində yol tikməkdir.

"Hal-hazırda körpünün altından piyadalar keçir, orada avtomobillər saxlanılır. Ərazidə hətta Yol Polisinin cərimə dayanacağı da yerləşir. Yeni layihədə isə piyada keçidi yoxdur, amma körpünün əvəzində altıxətli birtərəfli yol var. Nəzərə alsaq ki, bu yol 150 metrdən sonra Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfora aparır, onun əhəmiyyəti aydın olmur. Altıxətli yol şəhərə nə verəcək? Bu haqda artıq indidən fikirləşmək lazımdır, məsələn, düşünmək ki, piyadalar yolu necə keçəcəklər. Bu şəhərsalma məsələsidir. Yaxınlıqda yerli sakinlər üçün park, Port Baku yerləşir. İnsanlar yolu necə keçib ora gedəcəklər? Bu məsələni öncədən həll etmək lazımdır. Həmçinin orada çoxsəviyyəli dayanacaq tikmək lazımdır" – deyə Abdullayev bildirib.

Xəbər lenti
0