BAKI, 24 oktyabr — Sputnik. Moskvada qeyri-adi körpü salınır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın paytaxtında şüşəli körpü salınacaq. Bu körpü Xovrino və Qərbi Dequninonu birləşdirəcək.
© Moskva merinin rəsmi saytıMoskvada salınacaq şüşəli körpünün 3D maketi
Moskvada salınacaq şüşəli körpünün 3D maketi
Bu körpünün ümumi uzunluğu 200 metr, hündürlüyü isə yeddi metr olacaq. Körpü üç çıxışdan ibarət olacaq. Onun Zelenogradskaya, Marşal Fedorenko və Xovrino-2 küçələrinə çıxışı olacaq. Körpüyə liftlər və qızdırıcısı olan pilləkənlər quraşdırılacaq. Bu da hava rejiminə körpünü uyğunlaşdıracaq. Körpünü 2019-cu ildə tikməyə başlayacaqlar.