Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA prezidenti Bakı finalı barədə: “Səhv olmayıb”

© REUTERS / Alkis KonstantinidisНовоизбранный президент УЕФА Александер Чеферин. Афины, 14 сентября 2016 года
Новоизбранный президент УЕФА Александер Чеферин. Афины, 14 сентября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, Avropa Liqasının finalları tarixində tamaşaçı sayına görə üçünçü göstərici idi"

BAKI, 2 iyun — Sputnik. UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsi qərarının səhv olduğunu düşünmədiyini bəyan edib.

Финал Лиги Европы: Челси - Арсенал. Эден Азар радуется, Петр Чех смотрит на мяч, Бакинский олимпийский стадион, Баку, Азербайджан - Sputnik Azərbaycan
İDMAN
Bakı finalı "Çelsi"nin möhtəşəm qələbəsi ilə başa çatdı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Çeferin qeyd edib ki, tamaşaçı sayına görə Bakıdakı final Avropa Liqasının finalları tarixində üçüncü yerdədir.

“Düşünmürəm ki, Avropa Liqası finalının Bakıda keçirilməsi səhv idi. Futbol həvəs və inkişafdır. Bu, Avropa Liqasının finalları tarixində tamaşaçı sayına görə üçünçü göstərici idi. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Bakıda keçirilən final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

Xəbər lenti
0