Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

© AFP 2024 / PATRIK STOLLARZFutbolçunun kölgəsi
Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rəqib Azərbaycanın U-21 yığması olub

BAKI, 1 iyun — Sputnik. Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib.

"Report"un məlumatına görə, rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb.

Baş məşqçi Nikola Yurçeviç start heyətdə aşağıdakı "11-liy"i meydana buraxıb:

1. Səlahət Ağayev. 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 3. Şəhriyar Rəhimov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 10. Mahir Emreli, 17. Aleksey İsayev, 13. Dmitri Nazarov, 11. Renat Dadaşov

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. U-21 isə Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Xəbər lenti
0