Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İctimai nəqliyyatdan istifadə pulsuz olacaq - Mais Ağayev danışır

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyinin təmsilçisi deyir ki, Çarter reysi ilə gələn azerkeşlərin isə hava limanından Bakı Olimpiya Stadionuna daşınmasını yerli məqliyyat şirkətlərindən biri həyata keçirəcək
Mais Ağayev: “Final oyununa akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edəcəklər”

UEFA Avropa Liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də 24 saat fəaliyyət göstərən qərargah yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O, qərargahın fəaliyyətinin bu sahədəki dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə edilməsindən ibarət olduğunu bildirib:

“Final oyununa akkreditasiyası olan şəxslər mayın 25-dən 30-na qədər, oyuna baxmaq üçün bilet almış azarkeşlər isə mayın 28-dən 30-na qədər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. Çarter reysi ilə gələn azerkeşlərin isə hava limanından Bakı Olimpiya Stadionuna daşınmasını yerli məqliyyat şirkətlərindən biri həyata keçirəcək və bu proses koordinasiya olunacaq”

Xəbər lenti
0