Qonşuda inanılmaz cinayət: Paytaxt meri arvadını güllələyib öldürdü

© AP Photo / Vahid SalemiОбщий вид на центр города Тегеран, Иран
Общий вид на центр города Тегеран, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq mer Məhəmmədəli Nəcəfi polis idarəsinə müraciətində bu gün səhər həyat yoldaşını odlu silahla qətlə yetirdiyini etiraf edib

BAKI, 28 may — Sputnik. Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirdiyi üçün həbs olunub.

Amerikanın Şimali Dokota ştatının Tioqa şəhərində Hess neft-qaz emalı zavodu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İran ətrafındakı oyunlar və neftin qiyməti: Nə gözləmək olar?

Sputnik Azərbaycan-ın “Mehr” agentliyinə istinadla məlumatına görə, sabiq mer Məhəmmədəli Nəcəfi polis idarəsinə müraciətində bu gün səhər həyat yoldaşını odlu silahla qətlə yetirdiyini etiraf edib.

Məlumata görə, Mitra Ustadi merin ikinci həyat yoldaşıdır. O bu gün səhər evində bir neçə güllə yarası alaraq qətl yetirilib. Polis əsas şübhəli kimi onun  həyat yoldaşı sabiq mer M.Nəcəfini axtarırmış, günün ikinci yarısı mer özü polisə təslim olub və qətli törətdiyini bildirib.

Nəcəfi qətldə istifadə etdiyi odlu silahı da polisə təqdim edib. Sabiq mer cinayəti ailədaxili münaqişə zəminində törətdiyini bildirib.

Xəbər lenti
0