Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa Liqası: “Çelsi” və “Arsenal”-ın start heyətləri açıqlandı

Abunə olmaq
Avropa Liqasının final matçı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək

BAKI, 28 may – Sputnik. Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının təxminin start heyətləri açıqlanıb.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, start heyətləri belə olacaq:

“Arsenal”: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett

“Çelsi”: Kepa Arrisabalaqa, Sesar Aspilikueta , Andreas Kristiensen, David Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Xəbər lenti
0