CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

© Sputnik / Murad OrujovСотрудник дорожно-патрульной службы в Баку
Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

BAKI, 27 may — Sputnik. 2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciətdə deyilir: 

Игроки ФК Арсенал - Sputnik Azərbaycan
İDMAN
UEFA "Arsenal"ın Bakıda təxribat xarakterli aksiyasının qarşısını alıb

"Ölkəmiz son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib. Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-ju il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcəkdir.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaqdır. Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur".

Xəbər lenti
0