CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AYYDA-da gücləndirilmiş iş rejimi başladı

© Official website of President of Azerbaijan RepublicРазноуровневая дорожная развязка и переход от Бакинского Олимпийского стадиона к проспекту Гейдара Алиева.
Разноуровневая дорожная развязка и переход от Бакинского Олимпийского стадиона к проспекту Гейдара Алиева. - Sputnik Azərbaycan
Abunə olmaq
28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar 27-29 may tarixlərində sutkalıq növbətçilik təşkil edilib

BAKI, 27 may — Sputnik. Mayın 27-29-da  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Yolda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Şamaxı yolunda hərəkət bağlanır

Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar qurumun aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə 27-29 may tarixlərində sutkalıq növbətçilik təşkil edilib.

Agentliyin tabeliyində olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən balansda olan avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda Agentliyin 012-599-79-75 nömrəli “Qaynar xətt”inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tədbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır.

“Qaynar xətt”ə daxil olan məlumatlar isə öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd edilib aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Xəbər lenti
0