BAKI, 24 may — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.
AAYDA qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyir və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələri xahiş olunur.