Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan gimnastları Avropa çempionu olublar

© Sputnik / Murad OrujovMilli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub
Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionatına 22 ölkədən 400-dək gimnast qatılıb

BAKI, 26 may - Sputnik. Azərbaycan millisi Bakıda keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, "aerodance" komandamız bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Hakimlər Ayxan Əhmədli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayevadan ibarət komandanın finaldakı çıxışını 17,800 xalla qiymətləndiriblər. Təmsilçimiz ikinci olan Rusiyanı 0,50 xal qabaqlayıb. İlk "üçlüy"ü isə 17,400 xalla Rumıniya qapayıb. 

Qeyd edək ki, Avropa çempionatına 22 ölkədən 400-dək gimnast qatılıb. 

Xəbər lenti
0