BAKI, 25 may — Sputnik. UEFA prezidenti Aleksander Çeferin "Arsenal"ın futbolçusu Henrix Mxitaryanın Bakıda "Çelsi" ilə Avropa Liqasının final matçını buraxması ilə bağlı yaranmış vəziyyəti şərh edib.
"Report"un məlumatına görə, sloveniyalı funksioner "Spiegel" nəşrinə açıqlamasında bunu oyunçunun öz qərarı kimi dəyərləndirib.
"Futbol belə təzyiqlər altında qalacaqsa, biz gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransadakı Avropa çempionatında təhlükəsizliyi təmin etməyə nail olmuşduq. Həmin vaxt terror hücumlarının hədəfi bütün ölkə idi" deyə Çeferin vurğulayıb.
Qeyd edək ki, Henrix Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma üçün Azərbaycana gəlməməyə qərar verib.