BAKI, 25 may — Sputnik. 1-2 iyun tarixlərində Gəncə şəhərində karate üzrə "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək yarışda bir sıra ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir.
Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparacaq.
Qeyd edək ki, 1 iyunda saat 14:00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq.