BAKI, 25 may — Sputnik. İngiltərənin "Arsenal" klubu erməni futbolçu Henrix Mxitaryanla yollarını ayırmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir.
Klub rəhbərliyi Mxitaryanın Premyer Liqadakı çıxışından narazıdır. Bu səbəbdən onun başqa bir komandaya satılması planlaşdırılır.
Xatırladaq ki, 30 yaşlı Mxitaryan 2018-ci ilin yanvar ayından "Arsenal"ın formasını geyinir. O, UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final görüşündə iştirak etməkdən imtina edib.