CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhnə "Bizim Don Kixot"undur

© Sputnik / Murad OrujovЗдание Азербайджанского государственного кукольного театра в Баку
Здание Азербайджанского государственного кукольного театра в Баку - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 24 may — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini tamaçıların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" pyesi əsasında hazırlanan "Bizim Don Kixot" tamaşasının premyerası keçiriləcək. Teatrdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, tragikomik tamaşanı quruluşçu rejissor Qurban Məsimov, quruluşçu rəssam İqbal Əliyev, bəstəkar Vüqar Camalzadə səhnələşdirəcəklər.

10-dan artıq mahnı yazılan "Bizim Don Kixot"da (Sözlər Rəhman Əlizadə) meyxana janrına da müraciət olunub.

Orxan Bahadırsoy - Sputnik Azərbaycan
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır

Tamaşada baş rolu (Əhmədağa, Don Kixot) Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal oynayır. Sənətkarın 70 illik yubileyi münasibətilə ərsəyə gələn səhnə işində digər obrazları Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa edirlər.

SSRİ-nin dağıldığı dönəmdə yazılan bu əsərdə müəllif imperiya insanının problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Əsərdəki mövcud problemlərə bəşəri kontekstdən yanaşmağa çalışan rejissor müasir dövrün bir sıra narahatlıqlarının da səhnə yozumunu verməyə çalışıb. Əsas faktor kimi insan, onun mənəvi dünyası, ətrafına münasibəti və təbii ki, firavan yaşamaq, sağlam cəmiyyət arzularını önə çəkib.

Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluq ilə bitirir. Belə ki, rejissor satira, fantasmaqoriya, halüsinasiya, nağılvarilik, uydurma kimi hal-vəziyyətləri musiqinin ifadəsində tamaşaçıya çatdırmaqla Əhmədağanın acı sonunu "Don Kixotlar həmişə var və olacaq" kimi nikbin, mübariz bir sonluqla ifadə edir.

Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”  - Sputnik Azərbaycan
VİDEO
Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”

Rejissor Qurban Məsimov əsəri müasir gün ilə səsləşən tamaşa kimi hazırlamağa çalışdığını deyir: "Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya impuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Don Kixot maskası ilə".

Onu da qeyd edək ki, böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərində kukla oyunu ilə canlı planda aktyor ifasının maraqlı sintezinə nail olunub.

Xəbər lenti
0