Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masanın əsas mövzusu da elə bu olub. Müzakirədə "Mədəniyyət və Zaman" Maarifləndirmə İctimai Birliyinin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan, Əməkdar artist Natiq Fərzəliyev və jurnalist, teatrşünas Səbuhi Rəhimli iştirak edib.
Qonaqlarımız teatrın inkişafı uğrunda görülən tədbirlərdən və tamaşaçıların nəyə görə ciddi tamaşalar deyil, daha çox komediya janrını seçməsinin səbəblərindən söz açıblar.
Azərbaycan teatrı böyük və şərəfli yol keçib. Teatrın mədəniyyətimizə verdiyi töhfəni bir daha alqışlamaq və qiymətləndirmək üçün Prezident İlham Əliyev 1 mart 2013-cü il tarixində mart ayının 10-u Milli Teatr Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa, bu il martın 4-də Prezidentin teatrla bağlı imzaladığı başqa bir sərəncama əsasən, Azərbaycan teatrlarını inkişafı ilə bağlı bir sıra əlavə tədbirlər də görüləcək.