Türkiyəyə qarşı daha bir həmlə - bütün qüvvələr birləşir

© RUSSIAN DEFENCE MINISTRY / AFP Rusiyanın S-400 HHM sistemi
 Rusiyanın S-400 HHM sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsində Türkiyənin "F-35" hərbi qırıcıları proqramında ortaqlığının dayandırılması yer alıb

BAKI, 24 may — Sputnik. Birləşmiş Ştatlar Senatının Silahlı Xidmətlər Komitəsi 750 milyon dollarlıq müdafiə büdcə qanununu (NDAA) açıqlayıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, qanun layihəsində Rusiyadan "S-400" zenit-raket komplekslərini almaqdan imtina etməyəcəyi təqdirdə Türkiyənin "F-35" hərbi qırıcıları proqramında ortaqlığının dayandırılması yer alıb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
SİYASƏT
Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp mart ayında daha çox gəmi və qırıcıların alınmasını nəzərdə tutan müdafiə büdcəsinin təsdiq olunmasını tələb etmişdi. Növbəti həftələrdə isə demokratların nəzarətində olan Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi də öz müdafiə büdcə qanunu açıqlayacaq.

2020-ci il Dövlət Büdcəsində əks olunacaq layihənin təsdiqlənməsi üçün respublikaçıların çoxluqda olduğu Senatın qəbul etdiyi versiya ilə Nümayəndələr Palatasına təqdim olunan layihə uzlaşmalıdır.

"Reuters" agentliyinin məlumatına görə yeni NDAA qanununda Türkiyənin beşinci nəsil "F-35"-lərin istehsalı üçün yaradılan beynəlxalq ortağlıqdan çıxarılması da nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.

O əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər. 

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0