BAKI, 30 aprel - Sputnik. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, danışıq zamanı Liviyadakı vəziyyət, Suriya nizamlanması müzakirə olunub. Liderlər Liviyada sabitlik və əmin-amanlığı dəstəkləmək niyyətində olduqlarını bildiriblər.
Onlar, həmçinin Suriya böhranının həlli istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək məsələsində həmfikir olduqlarını təsdiqləyiblər.